Beata Şidlo Polşanın baş naziri vəzifəsindən istefa verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında “Hüquq və ədalət” hakim partiyasının nümayəndəsi Beata Mazurek deyib.
Qeyd olunur ki, baş nazir postuna Beata Şidlonun müavini, maliyyə və inkişaf naziri Mateuş Moravetski namizəddir.