r

Bu ölkədə naməlum epidemiya yayılıb, onlarla insan ölüb


Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində naməlum epidemiya nəticəsində 21 nəfər ölüb.
Bədəxşan yerli hakimiyyət orqanları Vahan rayonunun Pamir bölgəsində şübhəli epidemiyanın yayıldığını və tibbi qurumların hələlik bunu aşkar etmədiyini açıqlayıb.
Bununla yanaşı, xəstəliyin aşkarlanması üçün işlər davam etdirilir.
Qeyd edək ki, Pamir bölgəsi Çin, Pakistan və Tacikistanla sərhəddə yerləşir və bu ərazidə qırğızlar kompakt şəkildə yaşayır. (report)
{sape_links}{sape_article}