Xalça, palazda xərçəng yaradan maddələr var


Avropa Sağlamlıq Birliyinin araşdırmaçıları bütün Avtropa boyu xalça və kavrolitlərdə toplanan toksiki maddələrə diqqət çəkərək, həkimləri və əhalini xəbərdar ediblər.
"Medicina" məlumatına görə, alimlər xalçalarda 59 ciddi maddəni aşkarlayıb ki, bunlara yüksək kanserogen və ağır metallar daxildir. Hansı ki, bu maddələr insan orqanizminə keçərək onkoloji, endokrinoloji problemlər yaradır. Toksiki maddələrin tənəffüslə və dəri ilə qana keçməsi xüsusən hamilə qadınlar, körpələr və xəstə adamlar üçün təhlükəlidir.
Ağır metallar – civə, qurğuşun, kadmiy müasir xalçaların hazırlanması zamanı onlara vurulan boyanın tərkibində olur. Bu maddələr sintetik parça, xalça və ayaqaltıların tərkibində katalizatorlar kimi yer alıb. Bunlardan əlavə xalçaları təhlükəli edən daha bir səbəb onların tərkibinə vurulan suya, qoxuya qarşı və yanmaya davamlı olması üçün vurulan kimyəvi maddələrdir.
Çox toksiki maddələr 5-10 ildən sonra sağlamlıqda öz təsirini göstərir. Bu müddət ərzində onlar orqanizmdə yavaş-yavaş toplanır. Xalçaların tərkibində olan 59 toksiki maddədən 10-u rəsmi olaraq "yüksək dərəcədə təhlükəlilik” kimi qeydə alınıb, 4-ü isə formal olaraq sənayedə qadağan olunub. Amma hələ də bu maddələr istehsalda istifadə edilir.
Tədqiqatın müəllifləri öz məruzələrində Avropa səhiyyə komissiyasını bu məsələdə günahkar bilir.
" Bİz açıq-aydın görürük ki, Avropa komissiyası sağlamlıq üçün potensial təsirləri nəzərə almayıb və öhdəliyini lazımınca yerinə yetirməyib. Bu səhvi düzəltmək olar, istehlakçıların və vətəndaşların sağlamlığına zərər vurmayan material və maddələrin istifadəsi istiqamətində əlavə resurslar axtarılmalıdır. Avropada toksinsiz iqtisadiyyat qurulması üçün vacib sayılacaq bu addım bir çox xroniki xəstəliklərin və onkologiyanın inkişafının qarşısını alacaq. Bizim araşdırmamızın nəticəsini və məsləhətlərimizi təcrübədə tətbiq etməklə, cəmiyyətin ən zəif üzvləri olan hamilə qadınlar və uşaqları təhlükədən qorumaq olar"- deyə Alyansın rəhbəri Genon Censen bildirib”