Azərbaycan xalqı Türkiyə XİN-in çağırışına cavab verdi: Yardımlar toplanır - FOTO


Türkiyədə baş verən zəlzələ nəticəsində küçələrdə qalan əhaliyə kömək məqsədi ilə Azərbaycanda yardım kampaniyaları başlanılıb.

Yardım toplama məntəqəsi Bakı şəhəri, Babək prospekti, 27 ünvanında yerləşən “Doğtaş” mebel mağazasında yerləşir.

Sosial şəbəkə üzərində yardım kampaniyasına dəstək olmaq istəyən şəxslər qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corablar və s. əşyaları mebel salonuna gətirərək təhvil verə bilərlər.

Eyni zamanda məntəqəyə çadır, yorğan, döşək, fənər, generator, poverbank, təmizlik alətləri və s. istifadəyə yararlı əşyalar gətirmək olar.

Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.