İcra başçısı əməkdaşları gecə yarısınadək işdə saxlayıb? - AÇIQLAMA


Neftçala Rayon İcra Hakimiyyətindən bildirilib ki, iddialar əsassızdır:
"Rayonda ictimai-siyasi durum stabildir, heç bir vəzifəli şəxslərə qarşı RİH tərəfindən təzyiq və hörmətsizlik göstərilmir. Saat 23:15 radələrində RİH-nə təcili yardım maşını gəlməsi faktı ilə bağlı bildiririk ki, qeyd olunan saat barəsində düzgün məlumat göstərilməmişdir. Aparatın əməkdaşı Gövhər Məmmədova rayonun Gender Məsələləri üzrə Komissiyada təmsil olunduğu üçün həmin günü komissiyanın tədbirində iştirak etmiş, növbəti tədbirə hazırlıqlarla əlaqədar işdə olmuşdur. Həmin vaxt G. Məmmədovanın səhhətində yaranmış problemlə bağlı təcili yardım maşını çağırılmış, ona zəruri tibbi yardım göstərilmiş və onun müayinələrdən keçməsi müəyyən edilmişdir. Əvvəllər səhhətində mövcud olmuş narahatlıqların aradan qaldırılması məqsədilə geniş müayinə və müalicə alması üçün ona Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərişin verilməsi barədə rəhbərliyin müvafiq tapşırığı olmuşdur. Məsələ barəsində qarşı tərəfin mövqeyinin əks etdirilməməsi təəssüf doğurur" - məlumatda qeyd edilir.