Prezidentdən Arif Babayev və Məleykə Abbaszadə ilə bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev Məleykə Mehdi qızı Abbaszadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama görə, Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə Mehdi qızı Abbaszadə “Şərəf” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif İmran oğlu Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.