Bu şirkət Ermənistan üçün mina istehsal edir


Bu şirkət Ermənistan üçün mina istehsal edir

Ermənistan yeni minalarla bağlı ortaya qoyulan faktların heç birini təkzib edə bilməyib.
 
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.
 
O qeyd edib ki, Azərbaycan tərəfi bununla bağlı “Haykmek” adlı şirkətin adını təqdim edib.
 
"Bu şirkət Ermənistan hökuməti tərəfindən verilmiş lisenziya əsasında mina istehsalı ilə məşğul olur. Qeyd edim ki, bundan öncə Ermənistan beynəlxalq təşkilatlarda verdiyi bəyanatlarda mina istehsal etmədiyini bildirirdi. Lakin Azərbaycan tərəfinin ortaya qoyduğu dəlillər bunu tam təkzib edib və dinləmələr zamanı qarşı tərəf faktiki olaraq bunu qəbul edib", - nazir müavini bildirib.