Azərbaycanda kartof yığımı 40 min ton azalıb


2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49 min 77.4 hektar sahədən 981 min 927 ton kartof yığılıb.
“ AzBaku.org” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9% və ya 40 min ton azdır.
2022-ci ilin yanvar-sentyabr aylarında 54 min 66.7 hektar sahədən 1 milyon 21.9 min ton məhsul yığılıb.
Qeyd edək ki, hesabat dövründə ən çox kartof Şəmkir (188 590 ton), Cəlilabad (171 500 ton) və Tovuz (160 000 ton) rayonlarından yığılıb.