Rusiya MN Ukraynanın son 1 həftədə verdiyi itkiləri açıqlayıb


Rusiya Hava Kosmik Qüvvələrinin qırıcıları bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin 10 təyyarəsini və bir helikopterini məhv edib.
AzBaku.org-nin Moskva müxbiri xəbər verir ki bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində 8 hücumunu dəf edib, nəticədə Ukrayna tərəfi 760-dan çox hərbçisini itirib.
"Rusiya Silahlı Qüvvələri bir həftə ərzində Donetsk istiqamətində 6 hücumu dəf edib və Kurdyumovka, Kleşçeevka və Marinka yaxınlığında Ukrayna Silahlı Qüvvələrini darmadağın edib. Ukrayna Silahlı Qüvvələrinin bir həftə ərzində Xerson istiqamətində itkiləri 550-yə qədər hərbçi təşkil edib", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.