Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb



Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.

Azbaku.org xəbər verir ki, 7 ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsindən imtina edib. Yeni doğulmuş oğlan uşağı doğum evindən Sumqayıt şəhər Uşaq Xəstəxanasına köçürülüb. Yeddi aydan sonra, bu gün körpə xəstəxanada ölüb.

Məlumata görə, xəstəxana körpənin meyitini təhvil verə bilmək üçün ailəni tapa bilmir.

Fakt araşdırılır.