Azərbaycanda tərəvəzçilik 3.81 milyard ABŞ dolları dəyərində investisiya tələb edir
Tərəvəz istehsalını daha dayanıqlı vəziyyətə gətirmək təqribən, 9800 ha sahədə istixanaların təkmilləşdirilməsinə 3,81 milyard ABŞ dollar dəyərində investisiyanın yatırılmasına ehtiyac var.
“Azbaku.org”nin xəbərinə görə, bu barədə Dünya Bankının Azərbaycanla bağlı hesabatında qeyd olunub.
Hesabatda qeyd olunur ki, 0,5 milyon ha əkilən torpaqda (buğda, qarğıdalı, pambıq və tərəvəz üçün) mühafizə xarakterli kənd təsərrüfatı (minimum əkin) texnologiyasının mənimsənilməsi nisbətən daha az - 10,1 milyon ABŞ dollar dəyərində investisiya tələb edir.
“Nəmi qoruyan bu texnologiya torpaqların eroziyasını azalda, eləcə də torpaqların strukturunu və məhsuldarlığını yaxşılaşdıra bilər”, - deyə qeyd olunub.