“TikTok”da böyük əksəriyyət daha uzun videolara baxır


“TikTok” sosial şəbəkəsi istifadəçilərinin böyük əksəriyyəti artıq qısa deyil, bir dəqiqədən daha uzun olan videolara baxmağa üstünlük verirlər.

“Azbaku.org”nin xarici mediaya istinadən xəbərinə görə, “TikTok” tərəfindən aparılan monitorinqlərin nəticəsi olaraq bəlli olub ki, artıq bir dəqiqədən daha uzun videolara baxanların sayı digərləri ilə müqayisədə beş dəfə artıb.

“TikTok” istifadəçilərinə daha çox gəlir əldə etmək üçün bir dəqiqədən uzun olan videoları hazırlayaraq paylaşmağı tövsiyə edir. Bununla sosial şəbəkənin gələcək reklam büdcəsinin də artacağı proqnozlaşdırılır.