Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyətinə dair 4 xidmətə görə tarif müəyyən ediləcək


Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyətinə dair 4 xidmətə görə tarif müəyyən ediləcək.

Azbaku.org-nin xəbərinə görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Dəniz limanları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı aşağıdakı xidmətlərə görə tarif müəyyən ediləcək:
- gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi;
- dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habelə məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi və bələdçinin fəaliyyətinin təşkili;
- gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi;
- gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından daimi müşahidədə saxlanılması.