Növbəti ildə ölkədə velosiped və skuter istifadəsi daha da genişləndiriləcək


Növbəti ildə yeni marşrut xəttinin tətbiqinə başlanılacaq və bunun üçün pilot zona müəyyənləşəcək. Bundan başqa, növbəti ildə sərnişin daşımalarında daşıyıclarda yeni maliyyə modelin pilot layihəsi tətbiq ediləcək.

“Azbaku.org”nin xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

O bildirib ki, növbəti ildə həmçinin bir sıra infrastruktur layihələrin icrasına başlanılacaq: “2024-cü ildə şəhər “darboğazlarının” həll edilməsi üçün infrastruktur layihələrinin icrasına başlanılacaq və hərəkətin yenidən təşkili layihələri icra ediləcək”.
“Bundan başqa, növbəti ildə taksi xidmtələrinin keyfiyyəti artırılacaq, velosiped və skuter istifadəsi daha da genişləndiriləcək”, - deyə o əlavə edib.