Rusiyadan Azərbaycana pul köçürmələri 3 dəfəyə yaxın azalıb


2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar pul baratları göndərilib.

“Azbaku.org Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ili müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437,9 milyon dollar azalıb. 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 2 milyard 267.3 milyon dollar pul baratları daxil olub.

Qeyd edək ki, hesabat dövründə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitləri, ölkəyə bu qəbildən ümumi daxilolmaların 64.8%-ni təşkil edib.