Sumqayıtda qazın verilişində fasilə yaranıb


Sumqayıtda təbii qazın verilməsində fasilə yaranıb.

Azbaku.org xəbər verir ki, buna Ceyranbatan ərazisində traktorun qaz xəttini zədələməsi səbəb olub. Nəticədə Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsində 38 min abonentə qazın verilişi dayandırılıb.

Sumqayıt Qaz istismar İdarəsindən bildirilib ki, problem bir neçə saat ərzində aradan qaldırılacaq.