Azərbaycanın idxal etdiyi qarğıdalının qiyməti 13%-ə yaxın azalıb
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 19 milyon 375 min dollar dəyərində 65 min 336 ton qarğıdalı idxal edilib.
“Azbaku.org”nin Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 6.7% və ya 1,4 milyon dollar azalıb, həcm baxımından isə 6.8% və ya 4.1 min ton artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 20 milyon 774 min dollar dəyərində 61 min 391 ton qarğıdalı idxal edilib.
Qeyd edək ki, Azərbaycana gətirilən qarğıdalının idxal qiyməti 12.6% azalıb. Belə ki, hesabat dövründə ölkəyə gətirilən qarğıdalının 1 tonun orta qiyməti 295.6 dollara (502.5 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 338.4 dollar (575.3 manat) təşkil edib.
Xatırladaq ki, bu dövrdə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0.12%-nə bərabər olub.