Kreml İran və Pakistan arasındakı münaqişəni şərh edib


Rusiya diplomatik kanallar vasitəsilə İran və Pakistanla daim təmasdadır.

Azbaku.org xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bütün tərəfləri, bütün region dövlətlərini və ona bitişik regionları təmkin və diplomatiya nümayiş etdirməyə çağırırıq. Bu halda deskalasiya yolunu tutmağa kömək edə biləcək yeganə şey budur", - deyə Peskov Yaxın Şərqdəki vəziyyətin Kremli narahat edirmi sualına cavabında bildirib.
Kremlin sözçüsü İran və Pakistanla təmasların yüksək səviyyəli təmaslar planlaşdırılırmı sualına isə “Rusiya tərəfi adıçəkilən ölkələrlə diplomatik kanallar vasitəsilə daimi təmasdadır”, deyə cavab verib