Türkiyə MN: Azərbaycanla bir və bərabər olmağa davam edəcəyik
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Azbaku.org xəbər verir ki, paylaşımda deyilir:
“20 Yanvar 1990-cı ildə qardaş Azərbaycanda baş verən və Qara Yanvar olaraq bilinən qətliamda şəhid edilən qardaşlarımızı rəhmətlə anırıq. “Tək millət, iki dövlət” olaraq Azərbaycan Türkü qardaşlarımızla bir və bərabər olmağa davam edəcəyik”.