Rüstəm Orucov: Avropa Cüdo Birliyində fəaliyyətimi davam etdirməyi düşünürəm


“Bu vəzifə mənim üçün böyük məsuliyyətdir”.
Bu sözləri Latviyanın paytaxtı Riqa şəhərində veteran cüdoçular arasında keçirilmiş Avropa Kubokunda idman komissarı vəzifəsini icra edən Rüstəm Orucov Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
Olimpiya mükafatçısı bildirib ki, gələcəkdə də Avropa Cüdo Birliyində fəaliyyətini davam etdirmək istəyir: “Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Riqada keçirilən turnir yüksək səviyyədə keçdi. Yenidən bu cür yarışlarda iştirak etməyi düşünürəm”.
Qeyd edək ki, yarış fevralın 24-25-də keçirilib.