Şirvanda sahibsiz itlər quduzluğa qarşı peyvənd olunub


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi quduzluq xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə birgə tədbirlərə başlayıblar. Ölkə ərazisində heyvanlar arasında quduzluq xəstəliyinin qarşısının alınması, sahibsiz heyvanlar üçün sığınacaqların (stasionar və səyyar) yaradılması, sahibsiz heyvanların sterilizasiyası, vəhşi təbiətdə olan həssas heyvanların və sahibsiz itlərin oral üsulla peyvəndləmə işlərinin aparılması məqsədilə mühüm tədbirlər həyata keçirilir.
Şirvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətlər Mərkəzinin mütəxəssisləri Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsinin və Kommunal Kombinatı Müəssisəsinin nümayəndələrinin iştirakı ilə şəhər ərazisində sahibsiz itlərdə quduzluq xəstəliyi əleyhinə oral peyvəndləmə aparıblar.
Bu cür tədbirlər mütəmadi davam etdirilərək.