Sumqayıt şəhər 9 saylı məktəbdə korruptiv əməllər – Davam edən qanunsuzluqlar və buna susan RTŞ, TN!...

Xəbər verdiyimiz kimi Sumqayıt təhsil müəssisələrində qanusuz əməllərin tüğyan etməsi səngimək bilmir. Bu dəfə Təhsil Şöbəsi məktəbə təyin etdiyi Həqiqət Abdullayeva rüşvət burulğanı yaradıb. Təhsil nazirliyi tərəfindən təsdiqlənməyən və təhsil şöbəsi tərəfindən həvalə olunan postun sahibi korrupsiya əməliyyatlarına start verib. Etibarlı mənbənin verdiyi məlumata görə, direktorluq vəzifəsi həvalə edilən Həqiqət Abdullayeva keçmiş direkrotun dövründə iddia edilən məsələləri sonlandırmaq əvəzinə ondan bəhrələnmək qərarına gəlib. Belə ki, xanım rəhbər vəzifəsinə özünü o qədər alışdırıb ki hətta vəzifə həvalə edilən gündən ibtidai sinif rəhbəri vəzifələrində qalmalarına görə hər müəllimədən 40 manatdan rüşvət yığaraq Təhsil şöbəsinin adına etdiyin deməkdəndə çəkinməyib.

Belə çıxır ki, keçmiş direktordan aydat ala bilməyın RTŞ onun vəzifədən getməsini təmin edib. Bununlada yeni təyin edilən amma nazirliyin deyil RTŞ əmri ilə direktor vəzifəsini icra edən H. Abdullayeva “burda mənəm Bağdadda kor xəlifə” misalını icra etməkdədir. Aldığımız digər məlumatlara görə H.Abdullayeva iş başına keçər-keçməz daha da irəliyə gedərək özü üçün vəzifə bölgüləri aparmağa başlayıb. Məktəbə öz əlbir ola biləcəyi şəxsləri vəzifəyə gətirərək daimi bu məktəbin direktor kürsüsündə qalmaq planını icra edir. İlk növbədə məlumatda qeyd edilən bölgüdə Təranə adlı xanımdan bəhs edilir. Əslində Təranə xanımın bu məktəbə aidiyyatı olmadan qısa müddətdə vəzifə ilə təhsil ocağında sıçrayış edib. Qeyd edək ki, müavin vəzifəsinə gəlmək üçün həmin şəxsin mütləq 3 illik ən azı pedeqoji stajı olması mütləqdir.

Təranə xanımın isə sanki təhsil ocağında deyil hansısa qeyri ictimai iaşə obyektdə işlədiyi xarakterizə edilir. Danışıq və davranış qaydaları təhsil sistemi ilə üst-üstə düşməyən bu xanımın məhz təşkilatı işlər üzrə müavin təyin edilməsi hansı maraqlara xidmət etdiyi müəmmalı qalır. Müəmmanın digər tərəfi isə keçən yazımızda qeyd etdiyimiz kimi Sumqayıt şəhər 9 saytı tam orta məktəbin şagirdlərinə qazanc mənbəyi və məktəbə isə obyekt nəzəri ilə yanaşmadan ibarət idi. Məsələnin direktordan qaynaqlandığını düşünərək bütün neqativləri direktorun üzərində cəmlədik amma həqiqət tam fərqlidir. Əslində bütün problemlər RTŞ və direktorlar arasında yaranan qarşı durmalardan qaynaqlanır. RTŞ dayanmadan etdiyi tələblər və bu tələblərə boyun əyməli olan məktəb direktorları. Hal-hazırda 9 saylıya rəhbərlik edən şəxsin məhz təhsil ocağını Biznes Mərkəzinə çevirməsi də elə RTŞ göstərişi ilə təyin edilən H.Abdullayeva tərəfindən həyata keçirilir. Təhsil müəsissəsinə Ticarət Mərkəzi qismində yanaşan Rayon Təhsil Şöbəsi sanki məktəblərdə bankomatlar quraşdırıbmış kimi HƏR könlü pul istedikdə, yoxlama göndərir istədiyini almadıqda isə Təhsil ocağında yeyinti var deyə səs-küylü, pafoslu bəyanatlar verir. İndi nə baş verir Həqiqət xanım görünür məktəbi az qala tamamını repititorlara icarəyə versin və bununlada yuxarıdan gələn tələbləri istəkləri vaxtında icra edə bilsin ki, bu məktəb ona miras olaraq verilsin.
Ardı var..
Aaraşdırmamiş davam edir. Bizi izləməyi unutmayın
BakuNews.az