Hindistan və Ermənistan məşğulluq sahəsində əməkdaşlıq edəcək


İrəvan və Dehli Ermənistanda əmək miqrasiyasına nəzarət mexanizmləri yaradacaq.
 
Modern.az xəbər verir ki, bunu Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyindən "Sputnik Armenia"ya bildiriblər.
 
Bu ehtiyac hindistanlıların Ermənistana böyük axını fonunda yaranıb. Hazırda tərəflər əmək və məşğulluq sahəsində birgə memorandumun bağlanması imkanlarını müzakirə edirlər.
 
Gündəliyə ölkədə mövcud vakansiyaların siyahısının yer aldığı platformanın yaradılması da daxildir.