Lui Bono sülh danışıqları üçün Azərbaycana GƏLİR


ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər edəcək.
 
Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyi məlumat yayıb.
 
"ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfəri zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə olunması üzrə səyləri müzakirə etmək üçün Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək", - deyə səfirlikdən bildirilib.
 
Qeyd edək ki, Lui Bono bu gün İrəvana səfər edib. O, Ermənistan xarici işlər naziri ilə görüşüb.