İctimai iaşə dövriyyəsi 12,8 faiz artıb


Bu ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8 faiz artaraq 294,9 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,4 faizi hüquqi şəxslərin, 49,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 13,1 faiz artaraq 146,9 milyon manat təşkil edib.