Azərbaycanın bədii gimnastları “Alem Cup” beynəlxalq turnirində iştirak edəcəklər
Bədii gimnastika üzrə məşqçi Leqka Daryanın rəhbərliyi altında gənc fərdi gimnastlar Ayan Sadıqova və Dəniz Abdullazadə Qazaxıstanın Astana şəhərində keçiriləcək “Alem Cup” beynəlxalq turnirində iştirak edəcəklər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, yarışda beynəlxalq dərəcəli hakim Aliyə Paşayeva ölkəmizi təmsil edəcək.