Azərbaycan, İran və Rusiya arasında enerji körpüsünün yaradılması müzakirə edilib


Energetika naziri Pərviz Şahbazovun İranın energetika naziri Əli Əkbər Mehrabian ilə məhdud və geniş tərkibdə görüşü olub. Görüşlərdə iki ölkə arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.
“Tehranda həmkarım Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşümüz oldu. Xudafərin və Qız qalası hidroqovşaqları və su elektrik stansiyasıları, Ordubad SES layihələrinin icrası, Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması, elektrik enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin körpüsünün bərpası məsələlərini müzakirə etdik”,- deyə nazir bildirib.