Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı keçiriləcək


Lənkəran şəhərində Novruz festivalı (#NovruzFest) keçiriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, festivalda Gənclər evlərinin Novruz atributları və bahar əhvali-ruhiyyəsini əks etdirən sərgilər, müxtəlif konsert proqramları, həmçinin bölgələrimizdən olan gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərimizlə bağlı fəaliyyətlər və folklor nümunələri nümayiş etdiriləcək. Həmçinin Gənclər Paytaxtının maskotları də festivala rəng qatacaq.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalin məqsədi milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin gənclər arasında təbliğ olunması, yaşadılması, region gənclərinin sosial mədəni həyatına, bayram əhvali-ruhiyyəsini artırılmasına töhfə vermək, eyni zamanda, insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir.