Bakıda “Qardaşlıq dastan”ı adlı konsert keçiriləcək 16.03.2024 [18:43] A+ A-



Mayın 9-da Bakı Konqres Mərkəzində möhtəşəm rəqsləri, göstərdiyi əsrarəngiz şoularla Türkiyədə və dünyada tanınmış “Alagöz” rəqs ansamblının və Azərbaycanın Xalq artisti Aygün Kazımovanın təqdim etdiyi “Qardaşlıq dastan”ı adlı möhtəşəm konsert və şou-proqram keçiriləcək.

Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığını nümayiş etdirəcək, “İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilir.