ABŞ-da atışma baş verib, xəsarət alanlar var


Florida ştatının Ceksonvil-Biç şəhərində baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Action News Jax” telekanalı hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, yaralılar xəstəxanalara çatdırılıb, onların vəziyyəti ağırdır.
Şəhər polis idarəsi insanları çölə çıxmamağa çağırıb.
Polis hələlik atəş açan şəxsin tutulması və hadisənin başvermə səbəbi barədə məlumat verməyib.