Pentaqonun rəhbəri Lloyd Ostin və İsrailin müdafiə naziri Yoav Qalant gələn həftə ABŞ-da görüşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyinin rəsmisinə istinadla məlumat yayıb.
"Onlar HƏMAS tərəfindən saxlanılan bütün girovların azad edilməsi, fələstinli mülki şəxslər üçün humanitar yardımın artırılması və Rəfahda sığınan bir milyondan çox insanın təhlükəsizliyini təmin etmək planları da daxil olmaqla bir sıra mövzuları müzakirə edəcəklər", - ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pier bildirmişdi ki, ABŞ və İsrail arasında Vaşinqtonda Rəfah əməliyyatı ilə bağlı danışıqlar gələn həftənin əvvəlində baş tuta bilər.