Rusiyada terror aktı zamanı ölənlərin sayı 80 nəfərə çatıb YENİLƏNİB



Sonuncu məlumata görə, “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 80 nəfər həlak olub, onlardan 3-ü uşaqdır.

AZƏRTAC xəbər verir ki, ölənlərin sayının arta biləcəyi bildirilir. Xəstəxanalarda 121 nəfər müalicə alır.

Həlak olanların rəsmi siyahısı Moskva vaxtı ilə saat 10-da dərc ediləcək.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin Bryansk vilayətində saxlanıldığı bildirilir. KİV-in məlumatına görə, saxlanılan avtomobildə 6 nəfər olub. Onların 4-ü qaçıb. Saxlanılanlar Tacikistan vətəndaşlarıdır.

04:32

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 60-ı ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölənlərin sayının artacağı istisna edilmir.

23:24

İlkin məlumata görə, terror aktı nəticəsində 40 nəfərin ölüb, 100-dən çox insan xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.

Eyni zamanda, güc strukturlarındakı mənbədən mediaya bildirilib ki, terrorçuların gəldikləri maşın minalanıb və hazırda onun zərərsizləşdirilməsi üçün iş aparılır.