ABŞ-da qatar relsdən çıxıb yola aşdı – YENİLƏNİB + VİDEO

ABŞ-da sərnişin qatarının qəzaya uğraması nəticəsində altı nəfər ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Associated Press nəşri məlumat yayıb.

Hadisə ilə əlaqədar Vaşinqton ştatında fövqəladə vəziyyət elan edilib.

22:07

ABŞ-ın Vaşinqton ştatında sürət qatarının qəzaya uğraması nəticəsində ən azı 77 nəfər xəsarət alıb.

Oxu.Az-ın xəbərinə görə, hadisə nəticəsində ölənlərin də olduğu bildirilir, lakin onların sayı barədə məlumat verilmir.

Sietl - Portlend marşrutu ilə hərəkət edən qatar körpüdən magistral yola aşıb. Qəza nəticəsində yolda böyük tıxac yaranıb.

Hadisə yerində xilasedicilər işləyirlər.