Ermənistanda sərhədlərlə bağlı növbədənkənar iclas çağırıldı

Ermənistanda sərhədlərlə bağlı növbədənkənar iclas çağırıldı


Ermənistan parlamentinin delimitasiya və demarkasiya məsələləri ilə bağlı növbədənkənar iclası çağırılıb.

Bu barədə məlumatı ölkənin “Hraparak” qəzeti yayıb. 

Məlumata görə, bu təşəbbüslə Ermənistanın müxalif “Hayastan” və “Şərəfim var” fraksiyaları çıxış edib. 

İclasın aprelin 9-dan sonra keçirilməsi planlaşdırılır. Növbədənkənar iclasa Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan da çağırılacaq.