Paytaxtda azyaşlılara siqater satılır.
AzBaku.info xezerxebere-ə istinadən xəbər verir ki, bu yöndə görüntülər Bakının Xətai rayonunda lentə alınıb. Belə ki, videonu kənardan prosesi izləyən vətəndaşlar çəkərək, telekanalın "whatsapp" nömrəsinə göndəriblər.
Məsələ ilə bağlı köşkün satıcısının rəyi isə diqqət çəkib. O, videodakı köşkün onlara aid olmadığını və siqareti 18 yaşından yuxarı şəxslərə satdıqlarını iddia edib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayan uşaqlara tütün məmulatlarının satılması qadağandır. Qayadalara əməl etmətyənləri 100 manat cərimə gözləyir.