Avropa Olimpiya Təsnifat turniri: ilk gündə Azərbaycanın 4 güləşçisi çıxış edəcək
Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.
“Report”un məlumatına görə, ilk gündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar.
Turnirin birinci günündə Azərbaycanın 4 pəhləvanı qüvvəsini sınayacaq. Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.
Onlar müvafiq olaraq Aleksey Masik (Ukrayna), Turpal Bisultanov (Danimarka) və Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcəklər. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.
Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.