"Lotu Quli"ni öldürən şəxslərə ömürlük həbs VERİLDİ
4 il əvvəl Antalyanın Serik bölgəsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı Nadir Səlifovun qətlində təqsirləndirilən Xaqan Zeynalov (Xan Əhmədlinski) və digər 7 nəgərin məhkəmə prosesi başa çatıb.
Onların ikisi ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
İki nəfər 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, 4 müttəhimin barəsində isə bəraət hökmü çıxarılıb.
Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun Xaqan Zeynalov tərəfindən güllələndiyi bildirilir.
İş üzrə Əli Mövlamlı, Əmir Həmidli, Cəmil Keleş, Erkan Aşan, Xaqan Zeynalov, Nürsen Arasoğlu, Rəsul Həsənov, Ümid Nəcəfov adlı şəxslər məsuliyyətə cəlb edilib.(NTV )