Rusiya yeni ordu qrupları yaratdı

Rusiya yeni ordu qrupları yaratdı

Rusiya Müdafiə Nazirliyi “Belqorod”, “Bryansk” və “Kursk” qoşun qruplarının yaradıldığını elan edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Koordinasiya şurası çərçivəsində sərhəd bölgəsində əhalinin qorunmasına Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi və Kursk, Belqorod, eləcə də Bryansk qruplarının komandirləri cavabdeh olacaq", - məlumatda qeyd olunub.