Ceyhun Bayramov belaruslu həmkarı ilə görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində belaruslu həmkarı Sergey Aleynik (Sergei Aleinik) ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin geniş spektrini müzakirə ediblər, həmçinin Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində sahələri nəzərdən keçiriblər.