Tokayev Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır.
Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.
“Qazaxıstan bu məsələyə mümkün qədər kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır”, - deyə Tokayev bildirib.