“Dövlət Proqramına” kölgə salmaq istəyən həkim kimdir?

“Dövlət Proqramına” kölgə salmaq istəyən həkim kimdir?

1-ci qrup əlil xəstədən dializ edilməsi üçün pul istəyən həkim kimdir...?

Dializ nədir.? Xroniki böyrək çatışmazlığında böyrəklər orqanizmdə əmələ gələn və daxil olan zəhərli maddələri tam xaric edə bilmirlər. Bunlar zülal mənşəli zəhərli olan azot qalığı, sidik cövhəri, sidik turşusu və kreatindir. Normal halda bu maddələr sidik ifrazı ilə bədəndən xaric olmalıdır. Sidik qandan əmələ gəlir. Orqanizmdə qan dövranı zamanı o böyrəklər tərəfindən maye şəklində sovrulur və süzülür. Sidik kisəsində yığılan maye ifraz olunmalıdır. Lakin böyrək filtirasiya qabiliyyətini itirəndə və işlək funksiyasını dayandıranda bu mübadilə pozulur. Xaric olunası maye bədəndə, yəni qanın tərkibində yığılıb qalır.
Normalda qanda kreatinin səviyyəsi 50-80 arası olmalıdır.
İlk göstərici kimi bu səviyyə 150-yə qalxanda xəstədə ürəkbulanması, qusma, yeməkdən iyrənmə, halsızlıq müşahidə olunur. Əksər halda bu əlamətlərlə insanlar müayinəyə getmir. Onlar o zaman həkimə müraciət edirlər ki, artıq böyrəkdə ciddi problem yaranır. Müayinələr aşkarlayanda ki, xəstənin qanında kreatinin səviyyəsi 1500-dir, xəstə artıq dializdən istifadə etməyə məcbur qalır. Təəssüf ki, insanlar vaxtlı-vaxtında tibbi yoxlanmadan keçmirlər.
Böyrəyin yerinə yetirə bilmədiyi funksiyanı öhdəsinə götürən dializ 2006-cı ilin mart ayından Dövlət Proqramına uyğun olaraq hemodializ xəstələrinin müalicəsi dövlət hesabına aparılır. İnnovasiya Təchizat Mərkəzi dializ mərkəzlərini dərman pereparatları və tibbi avadanlıqlarla təchiz edir.
“Dövlət Proqramına” kölgə salmaq istəyən həkim kimdir?“Dövlət Proqramına” kölgə salmaq istəyən həkim kimdir?Dövlətin pulsuz Səhiyyəsində “Semaşko” kimi tanınan 1 saylı Şəhər Klinik Xəstəxanasında böyrək çatışmamızlığından əziyyət çəkən 1-ci qrup əlil xəstədən dializ edilməsi üçün pul istəyən həkim kimdir...?
Daxil olmuş məlumatı KİV haqqında Qanunun tələblərinə uyğun olaraq araşdırdıqdan sonra ətraflı məlumat verəcəyik.
“Dövlət Proqramına” kölgə salmaq istəyən həkim kimdir?
Xəbərfakt.Az