Çempionlar Liqasının 2028-ci ildəki final oyunu Tbilisidə keçirilə bilər

Çempionlar Liqasının 2028-ci ildəki final oyunu Tbilisidə keçirilə bilər


2028-ci ildə UEFA Çempionlar Liqasının finalı Gürcüstanda keçirilə bilər.

Bu barədə ölkənin baş naziri İrakli Kobaxidze açıqlama verib.

O, sözügedən qarşılaşmanın təşkilatçılığı ilə bağlı müraciət etməyi planlaşdırdıqlarını bildirib.

Nazirin sözlərinə görə, Tbilisidə futbol və reqbi yarışları üçün 70 min tamaşaçı tutumuna malik yeni stadion tikiləcək. Həmin arena müasir standartlara cavab verəcək.