Kadırov ABŞ-a səsləndi: Narahat olmayın, mən hələ əmr almamışam – VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın sanksiya siyahısına adının salınmasına münasibət bildirib.

AzBaku.info xəbərinə görə, Kadırov bu barədə Instagram səhifəsində yerləşdirdiyi videoda danışıb.

“Yazıq amerikalılar. Balaca, lakin çox qürurlu Çeçenistan Respublikası böyük bir dövlətə rahatlıq vermir. Narahat olmasınlar, mən hələlik “ABŞ torpağına ayaq basmağa” əmr almamışam. Əgər mənə ABŞ-ın bütün valyuta ehtiyatlarını vəd etməsələr, oraya getmərəm”, - o deyib.

Kadırov əlavə edib ki, “bütün dünyaca məşhur amerikalılar onun evinə qonaq gəlirlər və Çeçenistanda yaşamağı planlaşdırırlar”.

Qeyd edək ki, dekabrın 20-də ABŞ Ramzan Kadırovun adını “Maqnitski aktı” ilə bağlı sanksiyalar siyahısına əlavə edib.