Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir

Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir


“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, hakimiyyətin qarşısında Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu ilə bağlı həll edilməli olan vacib məsələ dayanır:

“İndi ölkəmizdə həm yol, həm kənd, həm də ev problemləri var. Lakin həll etməli olduğumuz məsələ təkcə bunlarla məhdudlaşmır. Hakimiyyət Ermənistanın yaxın onilliklər ərzində mövcud olub-olmayacağı ilə bağlı suala cavab tapmalıdır. Bizim missiyamız son dərəcə önəmli olan bu mərhələni keçməkdən ibarətdir” – Ermənistan hökumətinin başçısı belə deyib. (APA)