Sərnişinlərdən biri hadisəni lentə alıb
Türkiyədə şəhərlər arası sürücü vəzifəsində işləyən kişi 5 yaşındakı uşağı qucağında alıb avtobusu idarə etməsi böyük səsküyə səbəb olub. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa şəhərindən sərnişin daşıyan avtobus şoferi 5 yaşındakı uşağını qucağına alıb avtobus sükanını birtərəfli idarə etməyi ona tapşırıb. Sərnişinlərdən biri hadisəni lentə alıb.
Kadırlardan görünür ki, avtobusu idarə edən sürücü telfonla danışaraq sükanı uşağın əllərinə buraxır, düzgün idarə etmir və təhlükəli manevr edir. Daha sonra ağlayan uşağa hətta qayğı göstərməyən sürücü telefonla danışdıqdan sonra musiqi sədaları altında yoluna davam edir.