Rəşad Sadıqovun komandası Albaniyanı məğlub edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.

Oxu.Az xəbər verir ki, yığmamız Albaniyanın eyni yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

Görüş komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ülvi İskəndərov millimizin yeganə qoluna imza atıb.

Qeyd edək ki, Rəşad Sadıqovun çalışdırdığı U-21 bu vaxta qədər Antalyada 3 yoxlama görüşü keçirib. “Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız Albaniyaya 0:1 hesabı ilə uduzub, Gürcüstanla isə heç-heçə edib - 1:1.