Bakının mərkəzində sürət yarışına çıxan avtomobillərin törətdiyi zəncirvari qəzanın görüntüləri yayılıb - YENİLƏNİB

Bakının mərkəzində sürət yarışına çıxan avtomobillərin törətdiyi zəncirvari qəzanın görüntüləri yayılıb - YENİLƏNİB


Bakının mərkəzində 9 maşının toqquşmasına səbəb avtomobillərin qəzanın görüntüləri yayıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib.

09:30

Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşmasına səbəb avtomobillərin sürət yarışına çıxması olub.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli məlumat yayıb.

O bildirib ki, bu gecə saat 00:54-də Bakının Nəsimi rayonunun Rəşid Behbudov küçəsində doqquz avtomobilin toqquşması ilə zəncirvari qəza olub:
“Hadisə nəticəsində bir nəfər xəsarət alıb, ilkin səbəb olaraq nəqliyyat vasitələrinin sürət yarışına çıxması göstərilir. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.”