Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək


Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Yarımfinal mərhələsinin cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçın baş hakimi polşalı Şimon Marçinyak olacaq.

Münhendəki ilk matçda heç-heçə qeydə alınıb - 2:2. Qalib finalda Almaniyanın "Borussiya" (Dortmund) komandasına rəqib olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.