Altıncı mərtəbədən yıxılan kişi öldü

Altıncı mərtəbədən yıxılan kişi öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan Rasim Abtalıb oğlu İsmayılov 6-cı mərtəbədən yıxılıb. Ehtiyatsızlıq səbəbindən mənzilin eyvanından yıxılan kişi ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.