Bu il məktəbə gedənlərin sayı açıqlandı

Bu il məktəbə gedənlərin sayı açıqlandı


2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində 1 619 335 nəfər şagird təhsil alacaq.

Bu haqda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bunlardan 132 931 nəfər birinci sinfə qədəm qoyacaq.

Məktəbəhazırlıq qruplarında isə 90 672 uşaq təhsil alacaq.